BANK

25 İyun

Bu bankın lisenziyası ləğv olunub

Rusiya Mərkəzi Bankının 25 iyun 2021-ci il tarixli əmri ilə "Aktiv Bank"ın lisenziyasını ləğv edib. Fins.az xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində bildirilir.

Bank əmanətlərin sığortalanması sisteminin üzvüdür. Aktivlər baxımından, kredit təşkilatı Rusiya Federasiyasının bank sistemində 192-ci yerdə qərarlaşmışdır.

Tənzimləyici bankın bank fəaliyyətini tənzimləyən federal qanunları pozduğunu qeyd edib. Bundan əlavə, kredit təşkilatı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik üzrə də təkrar pozuntulara yol verib.

İflas komissarı və ya ləğvedici təyin olunana qədər, "Aktiv Bank"a Mərkəzi Bank müvəqqəti rəhbərlik təyin edilb.