BANK

25 İyun

Azərbaycanda quraşdırılan POS-terminalların sayı AÇIQLANIB

2021-ci ilin May ayında Azərbaycanda POS-terminalların sayı 615 ədəd artaraq 59 min 651 ədədə çatıb.

Fins.az Mərkəzi Bankın statistikasına istindən xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində isə POS-terminalların sayı 2 min 531 ədəd artıb. 2020-ci ilin sonunda POS-terminalların sayı 57 min 120 ədəd təşkil etmişdi.

May ayın sonunda pərakəndə ticarət obyektlərində 58 min 242 POS-terminal olub.