BANK

25 İyun

Böyük banklar işçilərinin peyvənd olmasını məcburi etməyə hazırlaşır

ABŞ-ın sərmayə bankları "Morgan Stanley" və "JPMorgan", koronavirusa qarşı peyvənd edilməyən işçilərini ofislərinə girməsini qadağan etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, "Morgan Stanley", peyvənd edilməyən personalının ofisə girməməsini və uzaqdan işə davam etməsini istəyir. Peyvənd edilən personal isə maska və məsafə tədbirləri olmadan çalışa biləcək.

Bank, "peyvənd vurdurmayan personalı ofisə buraxmamaq" siyasətində məqsədin maskaya və məsafəyə ehtiyac olmadan normal bir ofis mühiti yaratmaq olduğunu bildirib.

Ofisə dönüb-dönməməkdə tərəddüd edənlərə reaksiya verən "Morgan Stanley"in İdarə heyətinin sədri James Gorman, "Nyu-Yorkda bir restorana gedə bilirsinizsə, ofisə gələ bilərsiniz və sizi ofisdə istəyirik" deyib.

Gorman, ofislərdəki çalışanların 90%-dən çoxunun onsuz da  peyvənd edilmiş olduğunu və bu nisbətin 100%-ə yaxınlaşmasını gözlədiyini söyləyib.