BANK

24 İyun

Azərbaycanda nağdsız əməliyyatlar 55% artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. 

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki,ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 5 ayı ilə müqayisədə 55% artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3489 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1846 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1437 mln. manatı POS-terminallar, 206 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28%-ni təşkil edib.

Müəllif:Aynur Qəniyeva