BANK

23 Aprel

Banklar depozitlər üzrə daha az vəsait ödəyib

Azərbaycandakı banklar 2021-ci ilin ilk 3 ayı ərzində depozitlər üzrə 82,6 milyon manat faiz ödəyiblər.

Fins.az  Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 milyon manat və ya 9,7% azalıb. 2020-cu ilin ilk 3 ayında banklar 91,5 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manat, 2020-ci il ərzində isə 312,9 milyon manat faiz ödənişi həyata keçiriblər.