BANK

09 Aprel

Azərbaycanın qonşusu olan bu ölkədə dollar sürətlə UCUZLAŞDI

Apreldə il sonu inflyasiya proqnozu 13,12%-dir. Bir əvvəlki sorğuda bu proqnoz 11,54% idi.

Fins.az xəbər verir ki, bu Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sorğusundan çıxarılmış nəticələrdə bildilir

Qeyd edilir ki, maliyyə, real sektor və peşəkarlardan ibarət 88 iştirakçı arasında keçirilmiş sorğuda 12 ay sonra üçün inflyasiya proqnozu 11,26% olaraq müəyyən edilib. Mart ayı sorğusunda bu proqnoz 10,47% idi.

Mart ayında Dollar/TL məzənnəsində baş vermiş kəskin yüksəlişdən sonra inflyasiya proqnozları yuxarı istiqamətdə dəyişib.

TCMB-nin proqnozlar sorğusunda il sonu dollar/TL məzənnəsilə bağlı sürətli yüksəliş diqqət çəkir. Aprel sorğusunda il sonu dollar/TL məzənnəsi üzrə proqnoz 8,5749 olaraq qeyd edilib. Mart sorğusunda bu proqnoz 7,9455 olmuşdu.