BANK

03 Avqust

Apple bu startapa  100 milyon dollar ödəyib-SƏBƏB

"Apple, iPhonları ödəniş terminalına çevirmək üçün bir startap-a 100 milyon dollar ödəyib"
ABŞ texnologiya nəhənginin, iPhone telefonlarını ödəniş terminalına çevirə biləcək bir tətbiq hazırlayan startap-a 100 milyon dollar ödədiyi bildirilir.
Apple Inc-in iPhon-ları mobil ödəmə terminallarına çevirmə texnologiyasını inkişaf etdirən startap Mobeewave Inc-i  satın aldığı bildirilir.

Mövzu haqqında məlumatlı mənbələrə görə, Mobeewave texnologiyası alıcılara kredit kartlarını və ya smartfonlarını başqa bir telefona toxunaraq ödəniş etmək imkanı verir. Sistemin bir tətbiq vasitəsi ilə işləməsi üçün 2014-cü ildən bəri iPhone-ların NFC-dən başqa əlavə qurğulara ehtiyacı olmayacaq.
Bir mənbə Kaliforniyada yerləşən texnologiya nəhəngi, start-up üçün təxminən 100 milyon dollar ödədiyini bildirib.Apple onlarla işçisi olan şirkətin komandasını işdən çıxarmayıb.

Apple şirkətinin sözçüsü şirkətin bəzən kiçik texnologiya şirkətlərini satın aldığını, lakin ümumiyyətlə hədəf və planlarını açıqlamadığını bildirib. Bununla birlikdə, texnologiya nəhəngi belə bir alış edərkən, texnologiyalarını məhsulların xüsusiyyətlərinə əlavə edir.

Müəllif:Aynur Qəniyeva