BANK

30 İyul

Elman Rüstəmovdan Cinayət Məcəlləsinə bu maddələrin salınmasını təklif edib

Maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib

O bildirib ki,mən son günlərdə belə bir qənaətə gəlmişəm ki, - Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, saxtakarlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır, o cümlədən maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir.

Mərkəzi Bank sədri bu məslə ilə bağlı təklifləri ilə də bağlı açıqlama verərək qeyd edib ki, biz bank ictimaiyyəti ilə və aidiyyati qurumlar ilə məsləhətləşmələr aparacağıq və güman edirəm ki, bu məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikirimiz var.

Elman Rüstəmov "Biz hesab edirik ki, əhalinin və biznesin mənafeləri bank xidmətlərindən, maliyyə xidmətlərindən istifadə zamanı tam şəkildə qorunmalıdır. Həm qanunvericilik çərçivəsində, həm də nəzarət çərçivəsində”.-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva