BANK

17 İyun

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin İyun ayının 17-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi İyunun 16-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.9161 manata, Rubl/manat məzənnəsi isə 0,0244 manata geriləyib.

1 Türk lirəsi isə 0,2487 manata düşüb.

Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 16-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9267 manata, 1 Rubl 0,0245 manata, 1 Türk lirəsi isə 0,2491 manata bərabər idi.