BANK

28 Aprel

Maliyyə fırıldaqçılığı ilə bağlı yeni məlumatlar AÇIQLANIB

 “Sift” şirkəti dünyada baş verən fırıldaqçılıq əməliyyatlarının həcminin izlənməsinə imkan verən qrafikləri saytında yayımlayıb. Aylıq 35 milyard tranzaksiyanın süni intellekt vasitəsilə analizi nəticəsində formalaşan gələn bu qrafiklər həftəlik olaraq yenilənir.

Qrafiklərdə əsas diqqət çəkən məqam tranzaksiyaların rəqəmsallaşdırılması prosesinin koronavirus pandemiyası səbəbindən sürətlənməsi ilə “fraud” hallarının sıxlığının azalmasıdır. Koronavirus pandemiyası “fraud” cəhdlərini maliyyə xidmətləri sahəsində 69% azaltsa da, nəqliyyat və daşınma sahəsində 76%-lik, təhsil sektorunda isə 17%-lik artım qeydə alınıb.

Aşağıda əlavə edilən qrafiklərdən son üç ayda müxtəlif sektorlarda həyata keçirilən tranzaksiyalar (mavi xətt) və fırıldaçılıq cəhdləri (qırmızı xətt) ilə bağlı məlumat əldə etmək olar.

Ümumi

Maliyyə xidmətləri

Rəqəmsal kommersiya

Təhsil

Səyahət və logistika