BANK

06 Fevral

Koronavirusun rublun məzənnəsinə kəskin təsiri

Koronavirusla bağlı vəziyyət yaxşılaşmasa və qlobal maliyyə bazarlarında çaxnaşma davam edərsə, fevralın ilk yarısında rublun məzənnəsi kəskin enəcək.

2019-cu ilin dekabr ayında Çinin Wuhan şəhərində yayılmış koronavirus ekspertlərin fikrincə bazarlarına mənfi təsir göstərdi və ölkələr arasında ticarətin azalmasına səbəb oldu.

Fins.az xəbər verir ki, yanvarın 3-də Bloomberg, 2019-n CoV tipli koronavirusun yayılmasının Çində neft tələbinin kəskin azalmasına səbəb olduğunu, istehlakının 20% azaldığı barədə məlumat yayımlayıb . Yanvarın 27-də Brent markalı bir barelin qiyməti 2019-cu ilin payızından bəri ilk dəfə 60 dollardan, fevralın 3-də isə 55.5 dollardan aşağı düşüb .

Fevralın 3-də səhər Çin birjaları nda enişin həcmi 8% -ə çatıb.Bu tendensiyanın digər bazarlara da yayıla biləcəyinə şübhə yoxdur. Bir pandemiya baş verərsə, qlobal iqtisadiyyat üçün nəticələr 2008-2009-cu illərdəki böhranla müqayisə edilə bilər. Onda xatırladaq ki, qlobal ÜDM 0,6% azalıb  Əsas neft istehlakçıları arasında ÜDM artımının ləngiməsinə görə ona tələb azalır və nəticədə bir barel üçün qiymət azalır.İ ndi  neftin bir barreli 57-58 dollar arasında dəyişir. Əvvəllər rus nefti  Uralsın orta illik qiyməti bir barel üçün 63 dollar səviyyəsində idisə, 2020-ci il üçün hazırkı rəsmi proqnoz bir barel üçün cəmi 57.7 dollar təşkil edir

Bu günə qədər  Rusiya İstiqrazlarından investorların kütləvi şəkildə imtinası baş verməyib və bu hələ rublun məzənnəsində öz əksini tapmayıb, amma tədricən mənfi təzyiq artacaq.

Çin birjalarındakı eniş dalğası Rusiyaya  çatan kimi rubl ucuzlaşmağa başlayacaq. Fevralın birinci yarısında milli valyutanın ciddi şəkildə zəifləməsini görəcəyik. İndiyə qədər Rusiya İqtisadi İnkişaf Nazirliyinin rubl üçün orta illik proqnozu bir dollar üçün 63,9 rubl təşkil edir. Ancaq tezliklə zəifləməyə doğru bir sıçrayış görə bilərik. Və başa düşmək lazımdır: birjada çaxnaşma olarsa, rubl da daxil olmaqla hər şey dağılacaq

Əvvəllər Şimali Avropanın ən böyük bankı olan Nordea Bankın analitikləri, rublun 2020-ci ildə 71 rubla, 2021-ci ildə 2021-ci ildə 80-ə qədər devalvasiya edəcəyini proqnozlaşdırmışdılar..

 Müəllif:Aynur Qəniyea