BANK

04 Fevral

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri 100 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötənilki əməliyyat gəlirləri 100 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (585,352 milyon manat), "Kapital Bank" (571,302 milyon manat), "PAŞA Bank" (272,802 milyon manat), "Unibank" (152,418 milyon manat), "Xalq Bank" (130,302 milyon manat), "Access Bank" (123,811 milyon manat) və "Bank Respublika"dır (120,455 milyon manat).

Qalan 22 bankdan 6-da əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 10 milyon manatdan azdır.

"Renkinq"