BANK

01 Fevral

Dollar sürətlə UCUZLAŞIR

Amerika prezidentinə qarşı istefa davası istiqamətində bu gün önəmli gündür.

Cümə axşamı Senatda prezident Donald Trampın siyasətinə dair ittihamların və müdafiə tərəflərinin dinlənilmələri zamanı Demokratların yeni tələbləri dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olmuşdur. Senat isə bu gün səs çoxluğu ilə yeni tələbləri qəbul etməsə, dollarda yenidən bahalaşmanın şahidi ola bilərik. 

Qeyd etmək lazımdır ki, Demokratlar Senatda dinləmələrə yeni şahid və sübutların cəlbini tələb edirlər. Tələb qəbul edilərsə, proses uzana bilər, əks təqdirdə, Senatda üstünlüyə saib Respublikaçılar prosesi tez bir zamanda bitirmək istəyirlər.