BANK

31 Yanvar

\"Biz heç cür göstəriş verə bilmərik ki,faiz dərəclərini aşağı salın daha çox riskli kreditlər verin\"

"Biz onlara heç cür göstəriş verə bilmərik ki, siz faiz dərəclərini aşağı salın daha çox riskli kreditlər verin"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının  sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib

O bildirib ki, "Banklar özləri kommersiya subyektləridir.Biz onlara heç cür göstəriş verə bilmərik ki, siz faiz dərəclərini aşağı salın daha çox riskli kreditlər verin.Müəyyən stimullar yaratmalıyıq.Makroiqtisadi stimullar,struktur stimulları."

O eyni zamanda qeyd edib ki, Mənim özümün Sahibkarlıq Konfederasiyasının təşkil etdiyi toplantıda görüşüm oldu onların fikirlərini öyrəndim. Bütövlükdə kreditləşməyə çıxışda onların əsas problemi nədir. Bank sektoru ilə birlikdə bu geniş müzakirə olundu.Görünür ki, biz bu məsələni həm də İqtisadiyyat Naziri ilə geniş müzakirə edəcəyik."

Müəllif: Aynur Qəniyeva