BANK

30 Yanvar

Azərbaycan banklarına qoyulan depozitlər artıb

Azərbaycan banklarına qoyulan depozitlər bu ilin yanvarın 1-nə 24 746 milyon manat təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb 

Məlumatda bildilir ki, bu göstərici , ötən ilin dekabrın 1-i ilə müqayisədə 4,9% çoxdur.

Qeyd edək ki, bu göstərici illik müqayisədə 13,1% çoxdur. Hazırda Azərbaycanın bank sektorunda 30 bank fəaliyyət göstərir.

“Report”