BANK

09 Yanvar

\"Bank Standard\"da ləğvetmə dövründə kreditlər üzrə 84 mln. manat toplanıb

Ləğv prosesində olan "Bank Standard"da kredit toplanması davam etdirilib. Ləğvetmə dövründə kreditlər üzrə cəmi 84 mln. manat toplanıb. Həmçinin 60 mln. manatlıq əmlak balansa götürülüb.

Fins.az məlumatına görə, bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF – Azerbaijan Deposit Insurance Fund) icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev deyib.

Onun sözlərinə görə, 2 582 kredit üzrə məhkəmə işi gedir: “Bu işlər üzrə cəmi məbləğ 480 mln. manatdır. Məhkəmə icraçılarında olan işlər üzrə isə cəmi məbləğ 230 mln. manat təşkil edir. Portfelin böyük əksəriyyəti məhkəmə icraçılarındadır”.

(C)APA