BANK

08 Yanvar

Samir Əliyev:\"Bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir\"

"Bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir"

Fins.az xəbər verir ki, bunu iqtisadçı - ekspert Samir Əliyev Mərkəzi bankın  pul siyasəti ilə bağlı fikirlərini bölüşərkən bildirib 

O qeyd edib ki, "Ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb. Bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb. Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bank 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı Bəyanatında da təsdiq edir."

Daha sonra Samir Əliyev deyib ki, "İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib. Neftin yüksək qiyməti tədbiyyə balansında müsbət saldonu təmin etməyə imkan verib."

O həmçinin qeyd edib ki, "Bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir."

İqtisadçı bildirib ki, "Manatın məzənnəsinin dəyişilməsi üçün istisna halları sadalayaraq qeyd edib ki, "Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır. Hökumət ən azı ilin birinci yarısında manatı indiki səviyyədə saxlayacaq. Hətta mümkün olsa qərarını ilin sonuna kimi uzadacaq. Ancaq baş verə biləcək xarici və daxili amillər əsasında qərarını dəyişə bilər"