BANK

26 Dekabr

Dollar UCUZLAŞIB

Foreks bazarlarında dolların ucuzlaşması, qızıl və neftin bahalaşması proqnozları investorların diqqət mərkəzindədir.

Beynəlxalq birjalar Milad bayramı ilə əlaqədar olaraq çərşənbə günü işləməyib. Bu səbəbdən də son proqnozlar gündəmdə qalmaqdadır.

Bunlar Amerikanın maliyyə bazarlarında artan risklər fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması və əmtəə birjalarında qızıl və neftin bahalaşması proqnozlarıdır. 

Qeyd etmək lazımdır ki, bu gün birjalarda ticarət Bakı vaxtı ilə saat 11:00-da başlayacaqdır