BANK

18 Oktyabr
9

Avronun və Dolların qiymətinin qalxma etimalları

Dünən Breksit xəbərlərinin nikbinliyi və müsbət siqnalları sayəsində EUR/USD cütlüyündə yenidən artım istiqaməti başladı.Lakin Breksitə dair bəzi xəbərlərin açıqlanması funtda satış pozisyasına təzyiq yaratdı. İrlandiya Demokratlar Partiyasının son layihəni qəbul etməsi barədə xəbərlər ilə yenidən qiymət artımında canlanmaya səbəb oldu.

Avrozonada elan olunan "CPI" rəqəmləri bu gün proqnozlara uyğun gəlsə də, ABŞ-da açıqlanan pərakəndə satış məlumatları ehtimallara cavab vermədi. Digər tərəfdən, ABŞ və Çin arasındaki ilk mərhələ Ticarət Sazişinin formalaşdıracağı təsir gün ərzində izlənilir. Bundan əlavə, son məlumatların ardından böyük mərkəzi bankların, xüsusən FED-in gələcək siyasət addımları da dəyişkənliyə səbəb ola bilər.

Təhlillər onu göstərir ki, uzun müddətli perspektivdə artım trendi müşahidə olunarsa, 1.11526, 1.11750 səviyyələrini test edə bilər. Qiymət 1.11750 həddini də qırarsa 1.12139 qiymətini görə bilər.

Əks halda qiymətdə eniş trendi olarsa növbəti kəsilə biləcək hədəflər 1.10618 və 1.09380 həddləridir