AVTO

05 İyul

“Mercedes”də yeni müqavilə

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

36 yaşlı sürücü yeni sözləşməyə əsasən 2023-cü ilin sonunadək Almaniya təmsilçisində qalacaq. Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb. O, 2013-cü ildən "Mercedes"də çıxış edir.