AVTO

08 İyun

Renault yeni modeli haqqında məlumat yaydı - FOTO

Renault şirkəti MeganE elektrokarı barədə təfərrüatları paylaşıb və hazır olan prototiplərin şəkillərini dərc edib. Autograph.az saytının dərc etdiyi xəbərdə, seriya elektromobilinin 217 at qüvvəli elektrik mühərrikinə və 60 kilovat-saatlıq tutumu olan batareyanı alacağı deyilir. MeganE hetçbeki WLTP dövrünə əsasən 450 kilometr məsafə qət edəcəkdir.

Hazırda Fransanın Due şəhərindəki zavodda 30 ədəd seriyaöncəsi elektrik avtomobili sınaqdan keçirilir. Elektrokarın tam ölçülü istehsalına sentyabr ayında başlanacaqdır.