AVTO

16 Yanvar

Opel 4 min nəfəri işdən çıxara bilər

Mövzu haqqında məlumata malik bir mənbəyə görə, PSA Group-un Almaniyadakı şirkəti Opel, 4100 nəfəri işdən çıxarmağı planlaşdırır. Beləliklə, Opel də satışlardakı azalma və texnologiya səbəbilə qənaətə gedən digər avtomobil şirkətlərinə qatılacaq.

Fins.az Marja-ya  istinadən xəbər verir ki, rəsmi açıqlama olmadan əvvəl adının açıqlanmasını istəməyən mənbəyə görə, Opel, 2025-ci ilə qədər 2100 nəfərlə yollarını ayıracaq. Sonra 2029-a qədər iki dəfəyə 2000 nəfəri işdən çıxaracaq.

Mənbəyə görə, Opel mövzu ilə əlaqədar açıqlamanı Çərşənbə axşamı günü edəcək.

PSA Group 2017-ci ildə Opel-i General Motors-dan alıb.  

Avtomobil şirkətləri bir neçə il ərzində daxili yanma mühərrikləri ilə çalışan avtomobillərdən imtina edərək elektrikli avtomobil istehsalını genişləndirəcəklər. Elektrikli avtomobillər daha az ehtiyat hissələri tələb etdiyindən istehsalı zamanı da daha az işçiyə ehtiyac olur. Avtomobil istehsalçıları gələcək illərdə 80 min nəfəri işdən çıxaracaqlar.