AQRO

08 May

Balakəndə indiyədək 9342 hektar sahədə yazlıq bitkilər əkilib

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9342,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2953,6 hektar çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsindən  bildirilib ki, məhsul istehsalçıları indiyədək 6145 hektarda dən üçün qarğıdalı, 1526 hektarda tərəvəz, 627 hektar sahədə kartof, 120 hektarda bostan bitkiləri, 78 hektarda paxlalılar əkib, 734 hektar sahəyə çoxillik yonca səpiblər. Təsərrüfatlarda tütün əkini də davam edir. Fermerlər tərəfindən indiyədək 112,1 hektar sahəyə tütün şitilləri köçürülüb.

Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 11 min 816 hektar sahədə yazlıq bitkilər əkiblər. Yazlıq əkinlərin 7 min 667 hektarını dən üçün qarğıdalı sahələri təşkil edib.