AQRO

07 Aprel

Tərtərdə çiyid səpininə başlanılıb

Tərtər rayonunda çiyid səpininə başlanılıb.

Fins.az xəbər verir ki, bu il Tərtər rayonunda 2439,7 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 408 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Rayonda səpinə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.