AQRO

17 İyul

6 ayda aqrar sahədə məhsul istehsalı 28,2 faiz artıb

Bu ilin birinci yarısında Qax rayonunda aqrar sahədə məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 477,8 min manat və ya 28,2 faiz artaraq 33 milyon 934,4 min manat olub.

Bu barədə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin 6 ayında rayonda bitkiçilik sahəsində 21 milyon 729,7 min manatlıq, heyvandarlıq sahəsində isə 12 milyon 204,7 min manatlıq məhsul istehsal olunub. Bitkiçilikdə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz, heyvandarlıq sahəsində isə 2,1 faiz artıb.