AQRO

23 Yanvar

Rüfət Rüstəmzadə: \"Respublika üzrə 40-a yaxın ət kəsim məntəqələri fəaliyyət göstərəcək

"Hüquq mühafizə orqanları ilə birgə aşkar edilmişdi ki, bəzi iaşə obyektlərində ölmüş heyvanların ətindən istifadə edilir". Fins.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə qida biznesi forumunda Bakıda bir manatlıq dönər satışını həyata keçirən məntəqələrin fəaliyyəti ilə bağlı suala cavab verərkən deyib. Onun sözlərinə görə, respublikada hazırda qida sahəsində fəaliyyət göstərən 50 minə yaxın sahibkarlıq subyekti var :"Qida Təhlükəsizliyi Agentliyi heç bir müəssisəyə nəzarətçi qoya bilməz və bu, mümkün deyil.Heç bir ölkədə də belə bir təcrübə yoxdur. Hər bir sahibkar öz məsuliyyətini bilməlidir. Sahibkarlıq subyektləri ilə yanaşı da istehlakçılar da məsuliyyətin harda başlayıb harda bitdiyini bilməlidir. İstehlakçı bilməlidir ki, bu gün ətin kilosu bazarda hansı qiymətədir. Təbii ki bilməlidir ki, bu qiymətə verilən hər hansı bir qida məhsulu artıq risk altındadır". Qurum rəsmisi bu istiqamətdə marifləndirmə işləri apardıqlarını ,reydlər keçirdiklərini vurğulayıb:"Hüquq mühafizə orqanları ilə birgə aşkar olunmuşdu ki, bəzi iaşə obyektlərində ölmüş heyvanların ətindən istifadə edilir. Bu məsəllər öz həllini qısa zaman ərzində tapacaq, bu kimi müəssisələrlə mübarizə istiqamətində texniki baza hazırlayırıq". R.Rüstəmzadə həmçinin əlavə edib ki, respublika üzrə 40 ət kəsim məntəqələri fəaliyyət göstərəcək.