AQRO

23 Yanvar

Azərbaycanda qənd məhsullarına Natrium Disionid adlı ağardıcı maddə istifadə edən İran vətəndaşı həbs olunub

Azərbaycanda qənd məhsullarına Natrium Disionid adlı ağardıcı maddə istifadə edən İran vətəndaşı həbs olunub. Fins.az xəbər verir ki, bunu qida biznesi forumunda çıxış edərkən Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib. Onun sözlərinə görə, bu vətəndaş tərəfindən ölkədə sex açılaraq, orada bu kimyəvi maddə şəkərə əlavə edilirdi. "Biz tövsiyyə etmirik ki hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllığı var və o texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavələrə ehtiyac olmayacaq",- deyə R. Rüstəmzadə qeyd edib.