AQRO

21 Yanvar

Kənd yerlərinin inkişafında institusional mexanizmlər yaradılacaq

Ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində kənd yerlərinin inkişafı siyasətinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub.

İlk növbədə, ölkənin regionlarının sosial-iqtisadi inkişafı tədbirlərinin böyük miqyasda və sürətlə həyata keçirilməsini nəzərdə tutan, mövcud problemlərin birdəfəlik həll olunmasını hədəfləyən və buna görə də daha çox milli səviyyədə planlaşdırma metodologiyasına əsaslanan regionların inkişafı siyasətinin bundan sonra tədricən kənd yerlərinin inkişafı konsepsiyası ilə əvəzlənməsinə ehtiyac var.

Bu baxımdan, kənd yerlərinin inkişafı üzrə planlaşdırma istiqamətində müvafiq institusional potensialın, o cümlədən kənd yerlərinin inkişafı üzrə ehtiyacları xarakterizə edən monitorinq göstəriciləri sisteminin və müvafiq informasiya bazasının yaradılması aktualdır. Buna uyğun olaraq, yerli özünüidarəetmə orqanlarının və kənd icmalarının kənd yerlərinin inkişafında iştirakının daha da gücləndirilməsini təmin edən institusional mexanizmlər yaradılmalıdır.