VAKANSİYA

"LİBRAFF" işçi axtarır - VAKANSİYA
23 AVQUST
1981

"LİBRAFF" işçi axtarır - VAKANSİYA

2019-08-23 16:07:00

İşəgötürən: LİBRAFF MMC
Vəzifənin adı: LİBRAFF marketinq üzrə mütəxəssis (əsasən tədbir və SMM üzrə)
 
Vəzifə öhdəlikləri:

• LİBRAFF ümumi PR və tədbir strategiyasını hazırlamaq və həyata keçirmək
• Şirkətin fəaliyyətinə dair press relizlərin və digər mətnlərin hazırlanması 
• Pressa ilə əməkdaşlıq və media ilə münasibətlər qurmaq 
• Tədbirlərin konseptual şəkildə keçirilməsi üçün müəllif və nəşriyyatlarla əlaqə qurmaq
• Sponsorluq üzrə strategiya hazırlamaq və birgə sponsor layihələri çərçivəsində partnyorlarla əməkdaşlıq etmək  
• Şirkətin bütün mətn resurslarının, xüsusi ilə veb saytın yenilənməsinə dəstək vermək 
• Müxtəlif ideyalar irəli sürmək və təşkil etmək
• Promo materialların mətnlərin hazırlanması  
• Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı, bazar və digital-marketinq trendlərinin biliyi
• Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması
• Gündəlik paylaşımlar etmək və verilən sualları vaxtında cavablandırmaq
• Səhifəni daima nəzarət altında saxlamaq
• Aylıqrüblük hesabatlar təqdim etmək
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
 
Tələblər:
 
•     Ali təhsil;
•     Sahə üzrə 2 - 3 il iş təcrübəsi;
•     Mükəmməl Azərbaycan, rus dili və yüksək səviyyədə ingilis dili bilikləri;
•     MS Office proqramlarını yüksək səviyyədə bilmək;
•     Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət, kreativlik
 
Yuxarıdaki tələblərə cavab verən namizədlər [email protected]  elektron poçt vasitəsi ilə  müraciət etməlidir. 
Elektron poçt vasitəsilə göndərdiyiniz məktubun mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyi unutmayın, əks halda müraciətlərə baxılmaya bilər. 
Ərizələrin son qəbulu tarixi 15 sentyabr 2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır