VAKANSİYA

"Kontinent İnşaat" işçi axtarır - VAKANSİYA
06 AVQUST
1560

"Kontinent İnşaat" işçi axtarır - VAKANSİYA

2019-08-06 17:05:00

Kontinent İnşaat MMC

Sənədlərə nəzarət üzrə mütəxəssis

Funksiyaları

 Müəssisənin tikinti bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirir. Sorğu materiallarının komplektləşdirilməsini təmin edir, onları sinifləşdirir, və sistemləşdirir. Bütün sənədlərin Log-lara daxil edilməsini təmin edir 
 Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir 
 Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktublarına müəlliflərinə cavab məktubu hazırlayır 
 Dövrü mətbuatda müəssisənin fəaliyyətinə dair çap olunmuş materialları toplayır, onların məzmunu barədə rəhbərə vaxtaşırı məruzələr edir. Müəyyən edilmiş kargüzarlıq işlərini aparır . 
 Rəhbərin tabeliyindəki idarə və şöbələrə onun verdiyi göstərişlərin uçotunu aparır və nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.

Vəzifəyə olan tələblər

 Keyfiyyət üzrə koordinatorun vəzifəsinə ali ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 3 il iş stajına malik olan şəxs təyin edilir 
 Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı. 
 Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;

E - mail : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır