VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" İşçi axtarır - VAKANSİYA
07 MAY
2792

"Veysəloğlu Şirkətlər Qrupu" İşçi axtarır - VAKANSİYA

2019-05-07 19:52:00

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir

Vəzifə: Mühasib

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil (magistr təhsili üstünlükdür)

Vəzifə öhdəlikləri:

- Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlər, mallar, maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, tədarükçülərin hesabı və göstərilən xidmətlər) yerinə yetirmək;
- Əmək haqqları yoxlanması, sistem icrası və ödəmələri;
- Transfer, ləğv etmə, alış, qaytarma əməliyyatlarının icrası;
- Kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi;
- Müştərək Şirkətlərlə üzləşmələrin aparılması;
- Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların uçotu.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Mühasibat uçotu sahəsində iş təcrübəsi;
- Microsoft Office (Excel) yaxşı səviyyədə bilmək;
- Logo proqram biliyi arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263