VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
19 DEKABR 2018
2051

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-12-19 20:44:00

Bank Respublika” ASC “Back-end developer” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Python və ya Java proqramlaşdırma dili üzrə biliklər;
• RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
• GIT ilə sərbəst işləmə bacarığı;
• SQL, PL/SQL üzrə bilikləri arzuolunandır;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Bank daxili yeni proqramların yaradılması.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Rəqabətli əmək haqqı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Back-end developer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027