VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
16 OKTYABR
2201

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-10-16 20:02:00

Bank Respublika ASC  “Ağa Neymətulla şöbəsi üzrə aqro və mikro kredit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

 Ümumi vəzifə öhdəlikləri:

- Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;

- Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;

- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək. 

Namizədə qarşı tələblər:

- Ali təhsil;

- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;

- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;

- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

- Əlverişli iş mühitində çalışmaq imkanı;

- Karyera və inkişaf perspektivləri;

 - Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Ağa Neymətulla şöbəsi üzrə aqro və mikro kredit mütəxəssisi” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;

- Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250