VAKANSİYA

"Bank Respublika ASC" işçi axdarır - VAKANSİYA
03 SENTYABR
2606

"Bank Respublika ASC" işçi axdarır - VAKANSİYA

2018-09-03 18:00:00

Bank Respublika ASC  Mingəçevir filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Mingəçevir filialı/Kassir” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258