VAKANSİYA

"Bank Respublika" işçi axtarır - VAKANSİYA
21 AVQUST
2830

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

2018-08-21 17:07:00

Bank Respublika “Quba, Qusar regionları üzrə aqro və mikro kredit mütəxəssisi” axtarır

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Təhsil: ali;
• İş təcrübəsi: önəmli deyil

ŞƏXSİ KEYFİYYƏTLƏR:

• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

İŞ ŞƏRTLƏRİ:

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Əmək haqqı və bonus qazanma imkanları.

MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258