VAKANSİYA

"Access Bank" işçi axtarır -VAKANSİYA
25 İYUN
1712

"Access Bank" işçi axtarır -VAKANSİYA

2018-06-25 15:15:00

"Access Bank" Auditor vəzifəsinə işçi axtarır. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Namizədə olan tələblər:

1. Bank sahəsində ən azı 1 il iş təcrübəsi;
2. Ali təhsil (maliyyə və ya iqtisadiyyat sahəsində);
3. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq qabiliyyəti;
4. Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
5. Ünsiyyətçilik, komandada işləmək və professional inkişaf üçün yüksək potensial kimi
xüsusiyyətlərə malik olmalıdır.

Arzu olunan təcrübə və bilik:

1. Bankda bu kimi sahələrdə iş təcrübəsinin olması: Daxili Audit, Daxili Nəzarət, Risklərin idarə
edilməsi, Maliyyə və Hesabatlıq, Plastik Kartlar Departamenti (Kənardan müraciət edən
namizədlər üçün);
2. Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər;
3. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə biliklər və müvafiq sertifikatların
olması (ACCA F1, F2, F3; ACCA DipIFR);
4. Daxili Audit sahəsində professional sertifikatların olması: CIA, CFSA, CISA;
5. İnformasiya Texnologiyalarının idarə edilməsi əsasları üzrə biliklər (COBIT);

Əsas funksiyalar:

1. Bankın biznes proseslərinin audit yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın
filiallarına getmək (Bakı və region filialları);
2. Bankın biznes proseslərinin effektiv və səmərəli təşkilinin qiymətləndirilməsində iştirak etmək;
3. Biznes proseslərinin, daxili nəzarət sisteminin və risklərin idarə edilməsinin yaxşılaşdırılmasında
audit tövsiyələri vermək;

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Yalnız
ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Xahiş olunur CV göndərdikdə
“subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272