VAKANSİYA

Rabitabank ASC işçi axtarır - VAKANSİYA
31 MAY
1782

Rabitabank ASC işçi axtarır - VAKANSİYA

2018-05-31 17:15:00

“Rabitabank” ASC Marketinq departamentinə Reklam üzrə menecer vəzifəsinə işə qəbul elan edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  Marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak etmək;
  Marketinq kampaniyalarının hazırlanmasında, tətbiqində və geniş auditoriyaya çatdırılmasına aktiv dəstək göstərmək;
  Kontent, eləcə də, kommunikasiya üçün təkliflər vermək və monitorinqini aparmaq;
  Ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq bankın təmsil olunmasını təmin etmək;
  Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirləri hazırlamaq və həyata keçirmək.
  Bankın paytaxt və region filialları daxilində, eləcədə də, xaricindəki reklam daşıyıcılarının effektiv və faydalı işləməsini təmin etmək
  Bank məhsullarını aidiyyatı departamentlərlə işləyib, hazırlamaq və bütün kanallarda effektiv yerləşdirilməsini təmin etmək.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Marketinq / PR sahəsində azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini səlis, ingilis dilini qənaətbəxş səviyyədə bilmək;
• Bankda iş təcrübəsi arzuolunandır;
• Yaradıcı və təşəbbüskar olmaq;
• Stressli şəraitdə işləmə bacarığı;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Layihələrin idarə edilməsi bacarığı;
• Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Reklam üzrə menecer göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267