VAKANSİYA

"Azərbaycan Sənaye Sığorta" işçi axtarır -VAKANSİYA
17 MAY
2182

"Azərbaycan Sənaye Sığorta" işçi axtarır -VAKANSİYA

2018-05-17 20:30:00

"Azərbaycan Sənaye Sığorta" Koordinator (həkim) vəzifəsinə işçi axtarır. 

Namizədə aid tələblər: 

• Tibb sahəsi üzrə ali təhsilli olmalı; 
• İş təcrübəsi 1 il; 
• Microsoft Office; 
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür; 
• Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı; 
• Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı; 
• Ünsiyyətçil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı; 
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı; 
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək; 
• Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək; 
• Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək; 
• Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq; 
• Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq; 
• Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq; 
• Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq;

• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş saatları: növbəli 09:00-21:00/21:00-09:00 2 gün istirahət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 16.06.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Koordinator (həkim)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259