VAKANSİYA

"Nar" işçi axtarır -VAKANSİYA
15 MAY
2604

"Nar" işçi axtarır -VAKANSİYA

2018-05-15 20:00:00

"Nar" Media Əlaqələri üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır. 

Vakansiya haqqında

Şöbə : İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Vasitələri
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 25.05.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz

*İctimaiyyətlə Əlaqələr strategiyasının icra edilməsi
*Məqalə, korporativ yazılar, nitqlərin, aylıq və illik hesabatların və digər məlumatların yazılması və redaktə edilməsi
*İllik təqvimin hazırlanması və müvafiq təşəbbüslərin irəli sürülməsi
*Agentliklərlə  əməkdaşlığın idarə olunması
*Media hesabatlarının təhlili və təkliflərin hazırlanması
*Media yerləşdirmə planına nəzarət

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Humanitar Elmlər, Marketinq, İctimaiyyətlə Əlaqələr və ya Media ilə əlaqəli Ali təhsil
*İctimaiyyətlə Əlaqələr, Korporativ Ünsiyyət Vasitələri və ya Media sahəsində ən azı 3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Analitik düşüncə
*Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
*Ünsiyyət bacarığı
*Qeyri-iş saatlarında işləmə imkanı
*Təşəbbüskarlıq
*MS Office  proqramlarını bilmək
*Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
*Səfər etmə imkanı

Müraciət etmək üçün

CV-nizi [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Media Əlaqələri üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260