VAKANSİYA

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA
15 MAY
1789

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA

2018-05-15 14:08:00

“ABB” ASC İnformasiya Texnologiyaları departamentinə Biznes analitik vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın müvafiq strukturlarından daxil olan texniki tələblərin analizi, sənədləşdirilməsi və maraqlı tərəflərlə razılaşdırılması;
 Tətbiq məqsəsi ilə texniki tapşırıqların hazırlanması, tapşırığın icra müddətlərinin və resurslarının müəyyən edilməsi;                                                                                                       
 Tətbiq edilmiş proqram təminatının və ya funksiyanın sifarişçiyə təhvil-təslimi;                                                                                                           
 Tətbiq edilmiş proqram təminatının texniki dəstəyi üçün müvafiq texniki sənədləşmənin aparılması.

Vakant vəzifə üzrə tələblər:

 İT mühədisliyi və texniki sahədə ali təhsil
 Müvafiq sahədə 1 ildən 3 ilədək təcrübə; (Vəzifədən asılı olaraq dəyişəcək) - (Universitetin son kurs və yeni məzun olan namizədləri başlanğıc vəzifələr üçün müsahibəyə cəlb olunacaqdır).

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində müvafiq istiqaməti üzrə biliklərinizin inkişaf etdirilməsi ;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitik” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257