VAKANSİYA

"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
11 MAY
2044

"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

2018-05-11 20:00:00

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə IT Hesabatlığı üzrə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Yeni hesabatların hazırlanması və mövcud hesabatlara xidmət;                                                  
 Mövcud Bank sistemi üçün hesabatların hazırlanması;                                                                        
 Mövcud hesabatları optimallaşdırılması;                                   
 PL/SQL  funksiyalarının və prosedurlarının yaradılması.

Vakant vəzifə üzrə tələblər:

 İT mühədisliyi və texniki sahədə ali təhsil
 Data Warehouse məlumatlar bazası ilə iş təcrübəsi;                          
 SQL üzrə biliklər;                                                                                               
 PL/SQL – də proqramlaşdırma bacarığı;                                                   
 OBIEE hesabat sistemi ilə iş təcrübəsi;    
 Müvafiq sahədə 1 ildən 3 ilədək təcrübə; (Vəzifədən asılı olaraq dəyişəcək) - (Universitetin son kurs və yeni bitirmiş namizədləri daha kiçik vəzifələr üçün müsahibəyə cəlb olunacaqdır).

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində IT hesabatlılıq istiqaməti üzrə biliklərinizin inkişaf etdirilməsi ;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  17 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(IT Hesabatlığı üzrə namizəd)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259