VAKANSİYA

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA
09 MAY
2772

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA

2018-05-09 16:00:00

“ABB” ASC  “Direct marketing” üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

 Direct marketing işinin təşkili və təkmilləşdirilməsi;
 Direct marketing edilmiş sahələrin qeydiyyatı və müştərilər üzrə hesabatların hazırlanması;
 Direct marketing zamanı ABB-nin təqdim etdiyi məhsullar barədə təqdimatların keçirilməsi, ATM-lər ətrafında bank haqqında məlumat kağızlarının paylanılması;
 Marketing nəticəsində daxil olan müraciətlərin qeydiyyatı və statistik məlumatların hazırlanması;
 Ümumi sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Yüksək ünsiyyətqurma qabiliyyəti; 
 Əla səviyyədə Azərbaycan və Rus dili biliyi.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 May 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Direct marketing” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276