VAKANSİYA

“Xalq Bank” işçi axtarır – VAKANSİYA
23 APREL
1002

“Xalq Bank” işçi axtarır – VAKANSİYA

2018-04-23 20:30:00
“Xalq Bank”  “Siyəzən” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər:  Siyəzən
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında  təcrübə arzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; 
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri
İŞİN TƏSVİRİ:
• Müştərilərə bankın bütün məhsul və xidmətlərinə dair məlumatın verilməsi, satışın həyata keçirilməsi;
• Fiziki və hüquqi şəxslərə, onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və hesabların bağlanılması;
• Bank əməliyyatlarının aparılması.
QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail:   [email protected] 
Telefon:  (012) 404 43 39
Faks:        (012) 404 43 34
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276