VAKANSİYA

“Bank of Baku” işçi axtarır – VAKANSİYA
16 APREL
1639

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

2018-04-16 22:00:00
“Bank of Baku” istehlak kreditləri üzrə kiçik ekspert vəzifəsinə işçi axtarır.  
 Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır. Əsas vəzifə və öhdəliklər
  • Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
  • Müştərilər tərəfindən verilmiş kredit ərizələrin təhlilinin aparılmasında iştirak edilməsi
  • Müsbət qərar verilmiş kredit ərizələrin rəsmiləşdirilməsinin təmin edilməsi
  • Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
  • Tələb olunan əmlakların girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanması
Seçim meyarları
  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq vəsiz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273