VAKANSİYA

Azərbaycan Bank Tədris Mərkəzi işçi axtarır – VAKANSİYA
07 DEKABR
1158

Azərbaycan Bank Tədris Mərkəzi işçi axtarır – VAKANSİYA

2017-12-07 21:00:00

Azərbaycan Bank Tədris Mərkəzi Müştəri Əlaqələri Meneceri vəzifəsinə müsabiqə elan edir.

Vəzifənin öhdəlikləri

• Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
• müştəri reytinq sisteminin yaratmaq və daima təkmilləşdirmək;
• müştəri seqmentasiyası aparmaq və təkmilləşdirmək;
• Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
• Mərkəzə  yeni müştərilər cəlb etmək;
• Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
• Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini  və satışını həyata keçirmək;
• potensial müştərilərə təlim və məsləhət xidmətləri üzrə təkliflər hazırlamaq və onların razılaşdırılmasını təmin etmək;
• Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq;
• Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
• müştəri əlaqələri, satış və bu işlərə dəstək olacaq ona həvalə edilmiş layihələri idarə etmək;
• Mərkəzin təşviqat məhsullarını hazırlamaq;
• Mərkəzin insan resurslarının idarə olunması işlərini aparmaq;
• ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək;
• Mərkəzin Direktorunun satış və müştəri əlaqələri ilə bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə olan tələblər

 Hər hansı ali təhsil;
 müştərilərlə iş sahəsində ən azı bir il təcrübə;
 Azərbaycan, İngilis və Rus dillərini bilmək;
 işə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti;
 ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı;
 layihə idarə etmək bacarığı;
 komandada işləyə bilmək qabiliyyəti;
 qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;
 insanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
 MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287