VAKANSİYA

“Group Motors” işçi axtarır – VAKANSİYA
03 NOYABR
2089

“Group Motors” işçi axtarır – VAKANSİYA

2017-11-03 22:00:00

Group Motors” şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Texniki Məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Servisdə avtomobil təmiri ilə bağlı texniki problemləri həll etmək;
• Texniki problemlərin həll edilməsi üçün istehsalçı ilə yazışmalar aparmaq;
• İstehsalçı treninqlərində iştirak etmək; 
• Servisdə təlim sisteminin qurulmasında və kadr hazırlığında  iştirak etmək; 
• Ustalara nəzəri və praktik  təlimlər keçirmək;
• Servisdə təmir prosesinin mükəmməl bilən bacarıqlı ustalar yetişdirmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:
• Yaş: 30-45;
• Ali texniki təhsil (Texniki sertfikat  -“ Diaqnostik texnik”);
• Servisdə avtomobil təmiri sahəsində 5 ildən çox staj;
• Praktik öyrətmək bacarığı;
• Xarici dil (İngilis,Rus, Türk və s. –Yazmaq,oxumaq, danışmaq);
• MS Office proqramlarında işləmə bacarığı;
• Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "
Texniki Məsləhətçi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287