VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
03 NOYABR
1781

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2017-11-03 21:30:00

Sumqayıt Texnologiyalar Parkı Korporativ müştərilərlə iş üzrə satış nümayəndəsi (İnşaat sektoru) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması; 
• İşgüzar və korporativ danışıqların aparılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi; 
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması; 
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;  
• Korporativ satış planının yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Marketinq və satış sahəsində ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalı, habelə 2 il sürüçülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan, Rus dillərini mükəmməl, İngilis dilində yaxşı səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış  etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Yaş həddi: 25-45;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında + satışdan faiz;
• Şirkət tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287