VAKANSİYA

“Rabitabank” işçi axtarır – VAKANSİYA
29 OKTYABR
1611

“Rabitabank” işçi axtarır – VAKANSİYA

2017-10-29 21:00:00
Rabitabank” Kart Biznesi departamentinin “Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf” şöbəsinin baş mütəxəssisi/ eksperti vəzifəsinə işçi axtarır.
Əsas vəzifələri:
  • Yeni ticarət müəssisələrini (elektron mağazalar daxil olmaqla) və partnyorlarını cəlb etməklə Bankın ekvayerinq şəbəkəsinin genişləndirilməsi və inkişafı;

  • Bankın ekvayerinq şəbəkəsi üzrə partnyorlar bazasına dəstək və nəzarət;

  • Bankın ekvayerinq şəbəkəsinin inkişafına dair təkliflərin hazırlanması və layihələrin aparılması;

  • Pos terminalların proqramlaşdırılması və texniki dəstəyin həyata keçirilməsi;

  • Zərurət yarandıqda ticarət müəssisələrinə, habelə bankın xidmət şəbəkəsinin işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimlərin keçirilməsi.

Namizədə olan tələblər:
  • Ali təhsil

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

  • İdarəetmə və liderlik qabiliyyəti;

  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;

  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected]rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287