VAKANSİYA

“AzerGold” işçi axtarır – VAKANSİYA
11 OKTYABR
2592

“AzerGold” işçi axtarır – VAKANSİYA

2017-10-11 21:30:00

AzerGold” baş energetik vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər:

• Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
• Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
• Elektrik dövriyyəsinin hesablanması;
• Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
• Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
• Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
• Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
• Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
• Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
• Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır; 
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Minimum 6 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Baş energetik" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296