VAKANSİYA

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA
17 SENTYABR
2902

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA

2017-09-17 22:00:00
"Bank Avrasiya" İT təhlükəsizliyi üzrə mütəxəssis axtarır.
 

Namizədlər üçün irəli sürülən tələblər:

İT sahəsində ali təhsil

İT sahəsində ən azı 3 il iş təcrübəsi

Yaxşı səviyyədə Əməliyyat Sistemləri, Microsoft Office, SQL, PL/SQL, Oracle Database biliyə və təcrübəyə sahib olmalı

Azərbaycan dili səlis, rus və ya ingilis dili texniki səviyyədə

Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı

Ünsiyyətqurma və komandada işləmək bacarığı

İT təhlükəsizliyi üzrə sertifikatlarından sahib olan namizədlərə üstünlük verilir

Vəzifə öhdəlikləri:

  • Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;

  • Elektron imzaların təmzinlənməsini həyata keçirmək;

  • İT təhlükəsizlik sahəsində baş vermiş insidentlərin araşdırılmasını həyata keçirmək;

  • Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;

  • Bankda  ümumi heyətə İT təhlükəsizliyi haqqında təlimlər vermək;

  • Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq  edilməsini həyata keçirmək;

  • Elektron imformasiya sistemləri və bank xidmətləri də daxil olmaqla maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılmasını həyata keçirmək;

  • Bankın fəaliyyətində istifadə edilən İT təhlükəsizlik standartlarını təşkil etmək;

  • İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;

  • Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamaq.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected]  ünvanına göndərəsiniz və ya  ONLINE CV– ni doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində İT təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285